“Qarabağ” klublarımızın avrkubokların qrup mərhələlərindəki məhsuldarlıq rekordunu təkrarlayıb.
Fanat.Az-ın məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda "Kayrat"ı səfərdə 2:1 hesabı ilə yenən ağdamlılar ümumilikdə 8 dəfə rəqib qapılarına yol tapıb.
2019/20 mövsümündə Avropa Liqasının qrupunda da 8 qol vuran "köhlən atlar" öz nəticəsini yaxşılaşdrmaq və yeni rekord müəyyənləşdirmək şansını qoruyur.
Yeni nəticə üçün "Omoniya" ilə ev, "Bazel"lə səfər matçlarına çıxacaq "Qarabağ" bu qarşılaşmaların birində fərqlənməlidir.
Nihat