UEFA Konfrans Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu, Avstriyanın "Lask" komandasının hücumameylli yarımmüdafiəçisi Keyto Nakamuradır.
Yaponiyalı vinger Ermənistan "Alaşkert"ini 2:0 hesabı ilə yendikləri matçda hər iki qolun müəllifi olub.
21 yaşlı futbolçu səsvermədə "Qarabağ"dan Abdullah Zubiri, Slovakiyanın "Slovan" klubundan Andre Qrini və Norveçin "Budyo Qlimt" komandasından Ola Solbakkeni qabaqlayıb.
Qeyd edək ki, Zubir Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə 1 qolla yadda qalıb.