"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqibləri bu gün növbəti sınağına çıxacaqlar.
Fanat.Az xəbər verir ki, hər iki oyunda təmsilçimizə uduzan "Kayrat" Qazaxıstan kubokunda çempionluqdan məhrum etdiyi "Astana" ilə qarşılaşacaq.
"Qarabağ"ın qrupda son iki oyunda üz-üzə gələcəyi "Omoniya" və "Bazel" isə çempionat matçına çıxacaq. Kiprlilər Azərbaycan millisinin üzvü Araz Abdullayevin çıxış etdiyi "Etnikos"un qonağı olacaq, İsveçrə təmsilçisi isə "Sankt-Qallen"i sınağa çəkəcək.
Qazaxıstan Kuboku, 1/2 final
7 noyabr
Saat 16:00, Astana - Kayrat
İsveçrə Superliqası
7 noyabr
Saat 19:30, Bazel - Sankt-Qallen
Kipr I Divizionu
7 noyabr
Saat 21:00, Etnikos - Omoniya