UEFA Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel"in baş məşqçisi Patrik Rahmen "Telebasel" nəşrinə müsahibə verib.
Fanat.Az xəbər verir ki, o, açıqlamasında son - IV turda Kiprdə "Omoniya" ilə (1:1) ilə oyundan və digər qrupdakı vəziyyətdən danışıb:
"Qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalı idik. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək.
V turda "Kayrat"la Qazaxıstandakı görüşdə 3 xala ehtiyacımız var. Çünki "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var".
Qeyd edək ki, 4 oyundan sonra "Qarabağ" 10 xalla H qrupunda liderdir. "Bazel" 8 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.
V turda "Omoniya"nı qəbul edəcək Ağdam təmsilçisi sonuncu - VI turda "Bazel"in qonağı olacaq.