Həftəiçi Konfrans Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Omoniya”nın zədəlilərinin durumuna aydınlıq gəlib.
Fanat.Az Kipr mətbuatına istinadən xəbər verir ki, hücumçu Marko Skepoviçin zədəsi ciddi deyil.
Ölkə çempionatında “Aris”lə (3:0) son matçda zədələnərək əvəzlənən serbiyalı forvardın durumunun ciddi olmadığı müəyyənləşib. Baş məşqçi onu riskə atmamaq üçün fasilədən sonra əvəzlədiyini söyləyib.
Əvəzində, son matçda zədələnən müdafiəçi Ektor Yuste böyük ehtimalla, “Qarabağ”la görüşü buraxacaq. Onun və yarımmüdafiəçi Fuad Baçirounun hətta həftəsonu APOEL-lə qarşılaşmada da iştirakı sual altındadır. Qapıçı Fabiano və yarımmüdafiəçi Yannis Kosulosun isə Bakı səfərində meydanda olmayacağı dəqiqdir.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunu saat 21:45-də başlayacaq.
Mirağa