UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Bazel” - “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Referi Fran Yoviçə Hrvoye Radiç və Luka Puşiç yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ivana Martinçiç yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.