UEFA Konfrans Liqasının növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, turnirin rəsmi "Twitter" hesabında Kipr "Omoniya"sının Bakıda "Qarabağ"ın qapısına uzaq məsafədən vurduğu qolu yayımlayıb.
Video "Jordi Qomes bunu 90-cı dəqiqədə edib" rəyi ilə paylaşılıb.
🍀 Jordi Gómez did this in the 90th minute... 😱😱😱@OMONOIAfootball | #UECL pic.twitter.com/x3pfrOBRjE
— UEFA Europa Conference League (@europacnfleague) December 7, 2021
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə başa çatıb.
Xatırladaq ki, Ağdam təmsilçisi dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.