UEFA Konfrans Liqasında son 5 oyunda ən yaxşı nəticə göstərən komandaların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə turnirin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.
Siyahı klubların yerli çempionatdakı və Konfrans Liqasındakı nəticələrinə əsasən tərtib olunub.
"10-luq"da "Qarabağ" da yer alıb. Azərbaycan təmsilçisi 3 qələbə 2 heç-heçə ilə 7-ci sırada göstərilib.
Qeyd edək ki, "köhlən atlar" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.