"Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
Qurbanov zədədən yeni dönən Kevin Medinanın sabahkı görüşdə meydana çıxıb-çıxmayacağı barədə də danışıb: "Medina bu gün komandaya qoşulacaq.
Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdur".
Qeyd edək ki, sabah baş tutacaq "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.