"Bizim üçün çətin oldu. "Qarabağ" planlaşdırdığımız kimi oynamağa imkan vermədi"
Fanat.Az xəbər verir ki, bunu "Olimpik Marsel"in baş məşqçisi Xorxe Sampaoli Fransada "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Argentinalı çalışdırıcı ikinci yarıda daha zəif təsir bağışladıqlarını qabardıb: "İlk hissədə rəqib bizə kifayət qədər çətinliklər yaratdı. İkinci yarıda isə oynaya bilmədik. Kollektiv şəkildə zəif göründük. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. Çünki qarşıda vacib oyunlarımız var".
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda oynanılacaq.