UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-offundakı rəqibi "Olimpik Marsel" klubuna sanksiya tətbiq edib.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Avropa futbol qurumunun İntizam Komitəsi Fransa klubuna 40 min avro (44 250 dollar) cərimələyib.
"Olimpik Marsel"ə xüsusilə "Velodrom"da Ermənistan bayrağı və bu ölkəni dəstəkləyən şüar yazılmış pankarta görə 20 min cərimə kəsilib. UEFA bunu “siyasi, ideoloji, dini və ya təhqiredici xarakterli təxribat xarakterli mesaj" hesab edib.