"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Makkabi Tel Əviv" növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi İsrail Toto Kubokunun finalında "Makkabi Netanya" ilə qarşılaşıb.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun Tel Əvivin "Blumfild" stadionunda izlədiyi görüşün əsas və əlavə olunmuş dəqiqələrində qalib müəyyənləşməyib - 0:0. Belədə qalib penaltilər seriyasında bəlli olub. "Lotoreya"da daha dəqiq olan netanyalılar 5:4 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.
Mirağa