Macarıstanın "Fehervar" komandasının baş məşqçisi Mixael Boris evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçından sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, Boris belə danışıb:
"İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik. Hesabı bərabərləşdikdən sonra öz oyunumuzu tapdıq. Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil.
Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bugünkü matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq".
Qeyd edək ki, tərəflərin ikinci qarşılaşması iyulun 28-də Qəbələdə keçiriləcək.