İsveçrənin "Sürix" klubunun futbolçusu Blerim Cemayli "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə "Blick" nəşrinə danışıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının təsnifat mərhələsinin həmişə ağıllarında olduğunu bildirib. Bu səbəbdən ölkə çempionatını hələlik ikinci plana atmalarının normal hal olduğunu söyləyib.
"Cavab matçı fərqli olacaq. Bu dəfə evdə oynayacağıq və böyük inamla meydana çıxacağıq. Komandamızda bu turnirdə çıxış etməyən oyunçular çoxdur. Qrup mərhələsinə vəsiqə qazanmaq hər kəsin arzusudur".
Qeyd edək ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.