İsrailin "Makkabi" (Tel-Əviv) klubunun yeni transferi Eran Zahavi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab oyununu da buraxacaq.
Fanat.Az xəbər verir ki, zədədən əziyyət çəkən 35 yaşlı hücumçu hələ də komanda ilə birgə hazırlıqda iştirak etmir.
Fərdi məşqlərlə kifayətlənən tanınmış forvardın daha bir müddət oynamayacağı dəqiqləşib. Onun kollektivlə məşqlərə nə vaxt başlayacağı bəlli deyil.
Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Qartallar" Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.