19:47 27.07.2022 247

"Fehervar"ın baş məşqçisi: "Bu, dostluq matçı deyil"

Macarıstan "Fehervar"ının baş məşqçisi Mixael Boris səfərdə "Qəbələ" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, ilk matçda 4:1 hesablə qələbə qazanan komandanın çalışdırıcısı belə danışıb:

"Sabahkı oyuna da rəqibin yüksək intensivliklə başlayacağını gözləyirik. Amma biz də eyni sürət və aqressivliklə çıxış etməliyik. Birinci qarşılaşmada rəqib bizim arxadan oyun qurmağımıza imkan vermirdi. "Qəbələ"nin fiziki cəhətdən hazırlıqlı oyunçuları var, ona görə də biz aqressivliyimizi qorumalıyıq".

Almaniyalı baş məşqçi cavab görüşünə də eyni ciddiyyətlə yanaşdıqlarını və ilk matçla müqayisədə çox da dəyişiklik etməyəcəklərini dilə gətirib: "Dəyişiklikləri sabah görəcəksiniz. Eyni zamanda bazar günü oyunumuzu da düşünməliyik. Heyətimiz genişdir, rotasiya etməliyik, Amma "Qəbələ" ilə oyun da çox önəmlidir. Çox da dəyişiklik gözləməyin. İlk oyundakı keyfiyyəti, aqressivliyi qorumalıyıq".

Boris mərhələ şanslarının daha çox olduğunu da etiraf edib. Lakin o, görüşə ciddi yanaşacaqlarını vurğulayıb: "İlk oyundan əvvəl şansların bərabər olduğunu demişdim. Amma indi bir qədər çox olduğunu deməliyəm. Amma hər şeyi nəzərə almalı və matça ciddi yanaşmalıyıq. Bu, dostluq görüşü deyil".

"Fehervar" Qəbələni cavab oyunundan dərhal sonra tərk etməyərək, ertəsi gün bir məşq də keçəcək. Baş məşqçi belə bir qərar qəbul etmələrinin səbəbini belə izah edib: "Buradan Macarıstana 3 saatlıq uçuşumuz var. Yola gecə ilə çıxmamaq üçün uçuşu növbəti günə saldıq. Həm də gözəl meydançalar və gözəl şəhəri gördükdən sonra burada bir gün də qalmaq xoş olardı. Bazar günü Macarıstan çempionatında "Pakş"a qarşı zsəfərdə ilk tur matçına çıxacağıq. Ona görə də ən uyğun variant "Qəbələ" ilə matçdan sonra burada qalaraq, birbaşa növbəti oyuna yollanmaqdır".

Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X