Bu gün Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd görüş reallaşıb.
“Jil Visente” və “Volfsberger” bu gün yeni avrokubok mərhələsində ilk oyunlarına çıxıb. Hər iki komanda turnirə bu mərhələdən qatılıb və startda heç-heçə oynayıblar. “Viborq” doğma meydanda Farer adaları təmsilçisini darmadağın edib. “Styaua” isə səfərdə Slovakiya təmsilçisinə qalib gəlib.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust
Riqa (Latviya) – Jil Visente (Portuqaliya) 1:1
Viborq (Danimarka) – B36 Torshavn (Farer adaları) 3:0
Volfsberger (Avstriya) – Qzira Yunayted ((Malta) 0:0
Dunayska Streda (Slovakiya) – Styaua (Rumıniya) 0:1