Avstriya "Rapid"inin futbolçusu Patrik Qrayl "Neftçi"yə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi belə danışıb:
"Maraqlı qarşılaşma olacaq. Rəqibin oyunçuları fərdi cəhətdən güclüdür. Evdə oynamağımız bizə əlavə ruh verir. Səfərdə uduzsaq da, bu görüşdə mütləq qalib gəlməliyik".
Qrayl cari mövsüm yavaş-yavaş formaya düşdüyünü deyib: "Sabahkı qarşılaşmada da qollarımın davamını gətirmək niyyətindəyəm".
Oyunçu "penaltilər seriyası üçün xüsusi məşqlər keçmisinizmi" sualını da cavablandırıb: "Toplanış zamanı məşqlərdə bunu həmişə etmişik. Ehtiyac duyulacağı təqdirdə, penaltilərdən dəqiq yararlanmağa çalışacağıq".
Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.