"İlk oyunda qələbə qazandıq. Buraya da qələbə üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşacaq. Çünki evdə oynayırlar".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyanın "Rapid" komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis matça hazır olduqlarını bildirib: "Səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik".
Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.