"Neftçi"nin futbolçusu Yusuf Laval Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriya"Rapid"i ilə cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi qısa danışıb: “Bizi güclü rəqiblə çətin oyun gözləyir. Amma növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, sabah keçiriləcək “Rapid” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.