Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, açılış günündə bir oyun keçirilib.
Günün yeganə matçı Stokholmda olacaq. Yerli “Yurqarden” doğma azarkeşləri önündə Kipr təmsilçisi APOEL-i sınağa çəkib.
Pley-off mərhələsinin digər oyunları sabah baş tutacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
17 avqust
“Yurqarden” (İsveç) - APOEL (Kipr) 3:0