UEFA Konfrans Liqasının qrup mərhələsində V turdan təxirə salınmış oyun keçirilib.
Fanat.Az xəbər verir ki, D qrupunda Almaniya “Köln”ü Çexiyada “Slovaçko”nun qonağı olub.
Matç Bundesliqa təmsilçinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən qola 82-ci dəqiqədə penaltidən Ondrey Duda imza atıb.
Qeyd edək ki, “Slovaçko” – “Köln” görüşü ötən gün qatı duman səbəbindən təxirə salınıb.