İsveçrənin Nyon şəhərində yerləşən Avropa Futbol Evində 2022/23 UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, mübarizəsini həmin turnirdə davam etdirəcək təmsilçimuz "Qarabağ"ın 1/16 final mərhələsindəki rəqibi də müəyyənləşib.
"Köhlən atlar" Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.
Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu evdə olacaq.