Kurban Berdıyev "Zirə" ilə matçı belə şərh etdi

Kurban Berdıyev "Zirə" ilə matçı belə şərh etdi

Misli Premyer Liqasının 6-cı turunda “Turan Tovuz” evində “Zirə” ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.

Ev sahibi komandanın baş məşqçisi Kurban Berdıyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

Oyunçularıma əzmkarlıqlarına görə təşəkkür edirəm.

-Sonda nə baş verdi? Sakitləşdirməyə çalışırdı, ancaq köməkçiniz imkan vermirdi buna səbəb nədir?

-Oyundan danışaq.

-Baş hakim sərt mübarizəyə üstünlük verməlidirmi?

-Hər iki tərəfə eyni dərəcədə yanaşılırsa doğru olar.

-Rəşad Sadıqov oyunun gec bitməyi və əlavə şans verilməyi barədə danışdı siz nə deyə bilərsiniz?

-Rəşad Sadıqov Ruan Renatonun ikinci sarı vərəqə alması barədə nəsə demədi? O ikinci sarını almalı idi. Gəlin ondan danışaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər