“Kəpəz”in səfər oyunları kinoteatrda nümayiş olunacaq

“Kəpəz”in səfər oyunları kinoteatrda nümayiş olunacaq

“Kəpəz” klubu və “CineMastercard” kinoteatrlar şəbəkəsi arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Fanat.Az xəbər verir ki, razılaşmaya əsasən, “sarı-göylər”in Azərbaycan Premyer Liqasındakı səfər oyunları Gəncə Mall-da yerləşən “CineMastercard” kinoteatrında nümayiş olunacaq.

Oyunlar kinoteatrın 5-ci zalında göstəriləcək. 135 oturacağa malik bu zal uzunluğu 11, eni 8 metr olan yeni nəsil “Barco” proyekteri və müasir səs sistemləri ilə təchiz edilib.

Futbol həvəskarları “CineMastercard”da “Kəpəz”in ilk matçını artıq oktyabrın 9-da izləyə biləcəklər. Gəncə təmsilçisi həmin gün saat 16-da səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaq. Biletlər oyundan bir neçə gün öncə “CineMastercard” kinoteatrının kassalarında satışa çıxarılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər