
Kriştianu Ronaldu və nişanlısı, model Corcina Rodrigez gələn həftəsonu Madeyrada toy edəcəklər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" qəzeti yayıb.
Məlumata görə, Ronaldu və Corcina Funşal Katedralında evlənəcəklər, daha sonra isə beşulduzlu oteldə toy mərasimi keçiriləcək.
Funşal Ronaldunun doğulduğu şəhərdir. Kriştianu Rodrigezə 2025-ci ildə evlilik təklifi edib. Portuqaliyalı hücumçu və argentinalı model 2016-cı ildən bəri münasibətdədirlər.
Əlisahib İbrahimli