"DÇ-2018": Arxasına təpik vurub, uğur arzuladılar - FOTO/VİDEO
Dünyanın bir çox yerində insanlar şans gətirəcəyinə inandıqları ayinlər həyata keçirilir. Bunlardan biri də bu günlərdə Meksikada keçirilib.
Fanat.Az xəbər verir ki, idman şərhçiləri Enrike Bermudes de la Serna və televiziya aparıcısı Xorxe Van Rankin Meksikaya dünya çempionatında şans gətirməsi üçün yeni bir ayin kəşf edib. Belə ki, onlar dünyanın ən seksual hava xəbərləri aparıcılarından hesab olunan Yanet Qarsiyanın arxasına təpik vurublar və bunun ölkələrinə uğur gətirəcəyinə inandıqlarını deyiblər. Şərhçi və aparıcı arxasına təpik vurduqları üçün Qarsiyadan üzr istəyib.
Deyəsən onların bu "ayin"i işə yarayıb. Belə ki, Meksika dünya çempionatının ilk matçında Almaniyaya 1:0 hesabı ilə qalib gəlib.