İslandiya millisinin üzvü Rurik Gislason dünya çempionatında Argentinaya qarşı oynadıqları matçdan sonra böyük bir pərəstişkar ordusuna sahib olub.
Fanat.Az xəbər verir ki, Almaniyanın II Bundesliqa klublarından "Sandhauzen" klubunda forma geyinən 30 yaşlı futbolçu Argentina matçının ikinci hissəsində meydana çıxıb və 27 dəqiqə oynayıb.
Buna baxmayaraq, yarşıqlı olması ilə diqqət çəkən Gislason gənc qızların sevimlisinə çevirilib və "Instagram" hesabı bir gün ərzində 250 min izləyici qazanıb.
Hətta 2 milyon izləyicisi olan gənc braziliyalı aktrisa Qabriela Lopes futbolçunun şəkilini paylaşaraq "Bu qədər şirin olmaq necə mümkün olur?" yazıb.
Fanat.Az