Azərbaycanlı idmançının toyundan görüntülər - VİDEO
Kikboksinq üzrə bir çox beynəlxalq yarışların qalibi, azərbaycanlı idmançı Emil Məmmədov sevib-seçdiyi xanımla ailə həyatı qurub.
İdmançı "Instagram" hesabında xoş günündən video və fotolar paylaşıb.
"Dostlar, çox sağ olun. Həyatımın ən gözəl günündə mənimlə olan hər bir kəsi çox dəyərləndirirəm" - yazaraq, Emil dostlarına təşəkkür edib.
İdmançının dəbdəbəli toyu şəhər restoranlarının birində baş tutub.
Qeyd edək ki, Emil Məmmədov uzun illərdir ki, Rusiyada yaşayır, amma tez-tez doğmalarını, yaxınlarını görmək üçün Azərbaycana gəlir. O, beynəlxalq yarışlarda iştirakı ilə yanaşı, bir çox məşhurların məşqçisi kimi də tanınır. (BAKU.WS)