Basketbol üzrə Yaponiya millisi İndoneziyada keçirilən Asiya Oyunları öncəsi seks qalmaqalı ilə üzləşib.
Millinin 4 üzvü seks işçiləri ilə birlikdə olduğu üçün geri göndərilib.
İddiaya görə, 4 yapon basketbolçu millinin forması ilə paytaxt Cakartada eskort qızlarla görüşüblər və gecəni oteldə keçiriblər.
Hadisədən dərhal xəbər tutan Yaponiya Basketbol Federasiyası bu səbəbdən adları açıqlanmayan idmançıları heyətdən çıxarıb. Yaponiya heyətinin rəhbəri Yaşuhiro Yamaşaita isə açıqlamasında utanc hissi duyduqlarını bildirib. O, məlum məsələyə görə hər kəsdən üzr istəyib. (yenicag.az)
Fanat.Az