"O bu döyüşü dünyəvi etdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Eurovision" təmsilçimiz Səmra Rəhimli deyib.
Müğənni irland döyüşcü Konor Makqreqor dəstəklədiyini, uduzsa da onun ən yaxşı idmançı olduğunu söyləyib:
"Onun adı bu döyüşdə olmasaydı bu qədər səs-küy olmazdı. O əfsanədi. O ən yaxşıdır".
Qeyd edək ki, Konor Makqreqor Las veqasda keçirilən döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova uduzub. Döyüşdən sonra rinqdə və rinqdən kənarda dava düşüb.
Fanat.Az