Fanat.Az xəbər verir ki, bu barədə 5 ildi fubolçu ilə sevgili olan model bildirib. Braziliyada açıqlama verən Bruna "Neymarla münasibətlərimizi bitirdik" deyib.
Son günlər onların ayrılması ilə bağlı xəbərlər yayılırdı. İddia olunur ki, ayrılığa səbəb Braziliyadakı seçkilər olub. Neymar və Bruna arasında fikir ayrılığı yaranıb və nəticədə münasibətləri pisləşib.
Lakin Bruna bu iddianı təkzib edib: "Ayrılığımızın səbəbi siyasət deyil. Hazırda Braziliyada çox kritik və təhlükəli bir dönəmdən keçirik. Ancaq bunun Neymarla olan münasibətimə dəxli yoxdu".
Qeyd edək ki, Neymar və Bruna 2013-cü ildə tanış olub. Onlar 2017-ci ildə ayrılsa da, yenidən barışmışdılar.