Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavinin adı qalmaqala qarışıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Mash" teleqram-kanalı məlumat yayıb.
Xəbərə görə, Arşavin gecəni striptiz klubda keçirdikdən sonra, bir neçə qızla ordan ayrılaraq atlarla gəzintiyə çıxıb.
Lakin gəzintidən sonra atların sahibinə pul ödəməyib. Bununla yanaşı evli futbolçu qızlarla öpüşməsi ilə də diqqət çəkib.
Qeyd edək ki, 37 yaşlı Arşavin "Zenit"in uşaqlardan ibarət komandasında məşqçilik edir.
Fanat.Az