Məşhur model Adriana Lima Metin Haradan ayrıldıqdan qısa zaman sonra özünə yeni sevgili tapıb.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz keçmiş sevgilisi Julian Edelmanla barışıb. Hətta Julian modelə "Patriots” yazılan boyunbağı hədiyyə edib. Lima isə həmin aksessuarla şəkil çəkdirərək "Instagram"da paylaşıb.
Qeyd edək ki, Julian Edelman Amerika futbolu oyunçusudu və "Nyu England Patriots” klubunda çıxış edir. Adriana Lima və Metin Hara ilyarım sevgili olub və bu yaxınlarda ayrılıb. Braziliyalı model ayrılıqdan sonra "Metin məndən istifadə etdi" deyib.