Hazırda Qətərin "Al-Qarafa" klubunda çıxış edən Uesli Sneyderin boşanmağa hazırlaşdığı həyat yoldaşı Yolanthe Kabauya ödəyəcəyi təzminatın məbləği açıqlanıb.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, hollandiyalı futbolçu aktrisa həyat yoldaşına 19,5 milyon avro təzminat verəcək.
Bu arada Sneyder 9 illik həyat yoldaşından boşanma xəbərini təsdiqləyib və özünün günahkar olduğunu bildirib: "Hər şeyi mən bərbad etdim. Həm də bir neçə dəfə".
Fanat.Az