Türkiyə millisinin sabiq üzvü Emre Aşıkın boşanmağa hazırlaşdığı həyat yoldaşı Yağmur Aşıkın fahişəliyə görə saxlanıldığını açıqlaması barədə xəbər vermişdik.
"Həyat yoldaşım 2011-ci ildə keçirilən "Barbie" əməlyyatı zamanı saxlanılıb. Bu səbəbdən Duyğu adını dəyişərək Yağmur edib. Fırıldaqçılıq, rəsmi sənədlərdə saxtakarlıq, çirkli pulların yuyulması kimi cinayətlərə qarışıb. Qanundankənar əməllərdə iştirak etdiyi sübut olunub. Narkotikdən istifadə edir və uşaqlarımızı döyür. Uşaqlarımın təhlükəsizliyi şübhə altındadı. Onları baxıcıya əmanət edib xaricə yollanıb" deyə Emre Aşık bildirmişdi.
Yağmur Aşıkın vəkili iddialarla bağlı açıqlama verib: "İddialar gərçək deyil. Müvəkkilim 1, 3 və 6 yaşındakı 3 övladının yanındadır. Heç bir cinayətdə ittiham olunmur. Keçmişi tərtəmizdir. İddia edilən bu böhtanlar, ləkələr əslində uşaqlarının həyatına atılıb. 6 yaşındakı uşağın bu xəbərini iki il sonra məktəbdəki yoldaşlarından eşidəcək".
Qeyd edək ki, Yağmur Aşık bir müddət əvvəl gecə klubunda bir kişi ilə yaxalanıb. Bundan sonra Emre Aşık ondan boşanmaq üçün məhkəməyə müraiət edib.
Fanat.Az