İspaniyanın "Real" klubunun kapitanı Serxio Ramos ailə həyatı qurub.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu 2012-ci ildən bəri birlikdə olduğu Pilar Rubio ilə Sevilyada evlənib. Milyonlarla avro pul xərclənən toy mərasimində məşhur futbolçular və həyat yoldaşları da iştirak edib. Ramosun yaxın dostu Kriştiano Ronaldo isə toya gəlməyib.
Cütlük dəvət edilən şəxslərdən telefonsuz və uşaqsız gəlmələrini xahiş edib.
Qeyd edək ki, Serxio Ramos və Pilar Rubionun 3 övladı var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol