"Yuventus"un forvardı Kriştiano Ronaldo amerikalı model Ketrin Mayorqaya pul ödədiyini etraf edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz onu zorlamada ittiham edən modelə 375 min dollar verdiyini bildirib. Amma zorlama ittihamlarını qəbul etməyib.
Ronaldo ödənişi Mayorqanın mətbuatda məhkəmə prosesini müzakirə etməməsi üçün pul ödəyib. Model bildirib ki, Ronaldodan bu pulları 2010-cu ildə alıb.
"Ronaldo Mayorqaya 375 min dollar ödəyib və hər iki tərəf həmin gecə baş vermiş hadisə haqqında məlumatı yaymamağa dair müqavilənin şərtini qorumaq barədə razılığa gəlib", Ronaldonun işi üzrə məhkəmə sənədlərində deyilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol