2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının səfiri olan Viktoriya Lopireva Türkiyəyə yollanıb.
Fanat.Az xəbər verir ki, rus model "Qalatasaray"ın evdə "Konyaspor"la keçirəcəyi Super Liqa matçını canlı izləyəcək.
"Instagram"da 3,4 milyon izləyicisi olan Viktoriya yayımladığı videoda "Qalatasaray" azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, Lopireva bundan əvvəl də "Qalatasaray"ın oyunlarını canlı izləyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol