İngiltərədə gənc futbolçu Cakob Standbridcenin intiharının səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, ötən il baş verən hadisəyə xəyanət səbəb olub. Belə ki, gənc futbolçu sevgilisinin telefonuna gələn mesajı gördükdən bir neçə saat sonra özünə qəsd edib.
Polis 21 yaşlı futbolçunu intihara sürükləyən mesajın nə olduğunu açıqlamayıb. Amma yaxınları qızın ona xəyanət etdiyini bildirib.
Cakob hadisədən əvvəl anasına "Hər şey üçün təşəkkür edirəm. Çox təəssüf" deyə mesaj yazıb. Futbolçunun sevgilisi isə məhkəmədə verdiyi ifadədədə onun steroid maddə istifadə etdiyini deyib.
Fanat.Az