Hazırda Çinin "Quanqzu R&F" klubunda çıxış edən Duşko Toşiçin ailəsində qalmaqallar səngimir.
Fanat.Az xəbər verir ki, bosniyalı futbolçu Oqnyen Vranyeslə Toşiçə xəyanət edən müğənni arvadı Jelena Karleusa ilə bağlı yeni xəbər yayılıb.
Bu barədə "Kurir" qəzeti yazıb. Qəzet iddia edib ki, Oqnyen Vranyes Jelena Karleusaya görə aktrisa həyat həyat yoldaşı Denieladan ayrılıb. Bosniyalı futbolçu həmçinin Jelena Karleusaya "Hermes" markalı bahalı bir çanta hədiyyə edib.
Serb müğənni isə bu iddiaya "Instagram" hesabından sərt şəkildə cavab verib: "Kurir" qəzetində bir xəstə, pullu xəbərlərinə davam edir. Ərimdən aldığım bir hədiyyənin başqalarının adına çıxarılması bu səbəbdəndir. Təbii ki, bu çantanı mənə Duşko hədiyyə edib".
Fanat.Az