"Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlenin sevgilisi Perri Edvardsın "İnstagram”dakı izləyicilərinin sayı 10 milyondan çoxdu.
Fanat.Az xəbər verir ki, "Litl Miks” (Little Mix) musiqi qrupunun üzvü olan Perri qrupdakı digər qızlardan daha məşhurdu. Ən azı sosial şəbəkələrdəki təqibçilərinin sayına görə...
Təsadüfi deyil ki, sarışın müğənninin bu günlərdə Oksleyd-Çemberlenlə rəqs edərkən çəkilən videosunu "İnstagram”da 7 milyondan çox adam izləmişdi.
Fanat.Az