"Mançester Siti"nin futbolçusu Kayl Uoker daha bir pis xəbərə alıb.
Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi İngiltərə millisindən kənarda qoyacaq. Səbəb sözügedən oyunçunun karantin vaxtı evinə iki fahişə çağırmasıdı. Futbolçunun bu addımı yığmanın baş məşqçisi Qaret Sautqeytin ciddi narazılığına səbəb olub. Buna üzdən Sautqeyt millidə işlədiyi müddətdə ona dəvət göndərməməyə qərar verib.
Qeyd edək ki, Kayl Uoker ötən həftə öz evində iki fahişə ilə seks parti təşkil edib. Bu barədə "The Sun” nəşri məlumat yayıb.
Bildirilir ki, karantin dövründə futbolçu bir dostu ilə evə iki qız çağırıb. Qızlara xidmət haqqı olaraq 2200 funt-sterlinq ödənilib. Yüngül əxlaqlı qadınlar futbolçuların olduğu məkana saat 23.00-a yaxın gəlib, gecə 2-də isə geri qayıdıblar.
Artıq Kayl Uoker baş verənlərə görə üzr istəyib. "Mançester Siti” isə bəyanat yayaraq klubdakıların baş verənlərə görə təəssüfləndiyini və olayla bağlı daxili araşdırma aparılacağını açıqlayıb.
"The Sun” nəşri futbolçunun çağırdığı qızların şəkillərini yayımlayıb.
Fanat.Az