Eks-futbolçu və Rusiya millisinin sabiq üzvü Aleksandr Kerjakovun keçmiş həyat yoldaşı Milana Tyulpanova Mədəniyyət Şurasına üzv seçilib.
Fanat.Az xəbər verir ki, o, instaqram hesabında bu barədə paylaşım edib:
"Əzizlərim, vaxtından əvvəl lovğalanmaq kimi anlaşılmasın deyə, sizi məlumatlandırmamışdım, amma artıq əminliklə deyə bilərəm: mən Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin Mədəniyyət üzrə Ekspert Şurasının əsas heyət üzvüyəm!"
Tyulpanovanın instaqram izləyiciləri onun keçmişdəki narkoasılılığına diqqət çəkiblər.
Bad_69 yazıb: "Hansı mədəniyyətdən söhbət gedir? İstehlak mədəniyyəti?" Tyulpanova cavabında qeyd edib: "O da daxildi".
Ma.darsi əlavə edib: "Əla! Narkoman Mədəniyyət üzrə Ekspert şurasının əsas üzvlərindən biri olub". Kerjakovun keçmiş həyat yoldaşı bu şərhə də zarafatlyana reaksiya verib: "Hələ olacaq".
İstifadəçi adı prosto_ta_1999 olan izləyici isə soruşub: "Bu funksiyanı yerinə yetirmək üçün hansı biliyə və təcrübəyə sahibsiniz?" Tyulpanova bu şərhi də cavabsız qoymayıb: "Görünür, kvalifikasiyadan keçməyə uyğunam. Atamın əlaqələri artıq işə yaramır".
Tyulpanova 2018-ci ildə klinikada narkomaniyadan müalicə aldığını etiraf etmişdi. Dediyinə görə, məhz bu səbəbdən Kerjakov oğlunu ondan alıb.
Qeyd edək ki, Milana 2017-ci ildə vəfat edən, sabiq senator Vadim Tyulpanovun qızıdı.
Fanat.Az