Kriştianu Ronaldu Portuqaliyadakı dəbdəbəli malikanəsində uşaqları və sevgilisi Corcina Rodrigeslə koronavirus səbəbindən təcrid vəziyyətindədir.
Cütlük fiziki fəaliyyətinin olmamasından şikayət etmir, çünki villalarında idman zalında gərgin məşq edir.
Fanat.Az xəbər verir ki, Corcina sosial media hesabında etdiyi idman məşqindən olan görüntüləri izləyiciləri ilə bölüşüb.
Portuqaliyalı ulduzun daha çox sağrı və ayaq əzələlərini məşq etdirən sevgilisi bu yolla onları həm formada saxlayır, həm də gücləndirir.
Dünya şöhrətli 35 yaşlı portuqaliyalı futbolçu Corcina Rodrigezlə sevgilidi. Cütlüyün Kriştianu Jr., Eva, Mateo və Alana adlı övladları var.