Transseksual sosial media fenomeni, futbolçu Gökhan Çıra ilə evlənən Selin Ciğerci aylıq qazancı ilə rekord qırır.
Fanat.Az xəbər verir ki, son vaxtlar kosmetik markası ilə məşhurlaşan Ciğerci "Kanal D"də yayımlanan "2. Sayfa" verilişinə telefon bağlantısı ilə qoşulub. O, sosial media reklamlarından aylıq 600.000 TL qazandığını deyib:
"1 ay sonra 1 milyon lirə vergi ödəyəcəm. Mənə "oturduğun yerdə pul qazanırsan" deyirlər. Arı kimi işləyirəm, 72 nəfərə çörək verirəm".
Qeyd edək ki, Gökhan Çira "Qalatasaray"ın yetirməsidi. O, İstanbul klubunun U-19 və U-21 komandalarınada oynayıb. Sonradan "Bəylərbəyi" və "Diyarbəkirspor"da forma geyinən 23 yaşlı forvard hazırda "Tuzlaspor"da çıxış edir.
Fanat.Az