10:43 27.05.2020 2755

Kamil Zeynallı: “Gülay ağlayaraq soruşdu ki...” - FOTO

"Həbs olunan gündən nə isə fikirləşməyə zamanım olmadı. Hər gün kitab oxuyurdum. Həbs olundunsa, pis şeylər barədə fikirləşməməlisən. Karantin qaydalarını pozdum, səhv iş gördüm, cəzasını da çəkdim. Həbs olunduğuma görə qətiyyən pis olmadım”.

Fanat.Az xəbər verir ki, bu sözləri "oxu.az”ın əməkdaşı ilə söhbətində koronavirus pandemiyası ilə əlaqədar imkansız və kasıb ailələrə ərzaq yardımları payladığı zaman karantin qaydalarını pozduğuna görə, 10 sutka həbs olunan, mayın 22-si isə azadlığa çıxan məşhur fitnes məşqçisi Kamil Zeynallı deyib.
 


O, həbs olunması ilə bağlı təfərrüatı və bu hadisəni qızından gizlətdiyini belə şərh edib:

"Bu hadisələrdən sonra on gün ərzində oxuduğum səkkiz kitab dünyagörüşümü artırdı. Həyatımda dördüncü dəfədir ki, həbs olunuram.

Tutulanda da kişi kimi tutulmaq lazımdır. İstər bir il olsun, istər beş. Fərqi yoxdur. Allah heç kimin yolunu həbsxanaya salmasın! Bacardığın qədər bu həyatda mərdimazardan uzaq qaçmalısan.

Həbs olunan zaman bir dəqiqə telefonla danışmağa imkanım yarandı. Gülayla danışdım. O da ağlayaraq soruşdu ki, qızımız Sahiləyə nə cavab verəcəyəm? Söylədim ki, dəstəyi ver Sahiləyə. Qızıma vəziyyəti belə anlatdım:

"Atanın təcili işləri var, İstanbula gedirəm. Orada koronavirus xəstələri çoxdur. Köməyə ehtiyacı olan insanlar var. Onlara ərzaq yardımı aparmalıyam. Oradan da Antalyaya bilet alıb, gəlib səni aparacağam”.
 


Azadlığa çıxdıqdan sonra evə gedib, anası, qayınanası və Sahilə ilə görüşən Kamil həmin anları lentə alaraq sosial media hesabında paylaşıb.

Lakin çəkilən görüntülərdə onun xanəndə həyat yoldaşı Gülay Zeynalovanın olmaması müzakirələrə yol açıb.

K.Zeynallı qalmaqallı məsələ ilə bağlı fikirlərini belə nəql edib:

"Həbsdən çıxanda məni 10 ən yaxın dostum qarşıladı. Gülaya söylədim ki, tək deyiləm, anamın evinə sən gəlmə! Səninlə evdə görüşəcəyəm. Elə də oldu. Birinci onunla görüşdüm. Sonra dostlarımla birgə anamın evinə getdim”.



Qeyd edək ki, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılan K.Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrum olunmuşdu.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X