"Kristal Pelas"da sərgilədiyi performansla böyük klubların transfer siyahısına düşən Vilfrid Zaa "Mançester Yunayted"dən ayrılmasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Kot-D`İvuar əsilli futbolçu həmin vaxt İngiltərə klubunu çalışdıran Deyvid Moyesin qızı Loren Moyeslə birlikdə olması ilə bağlı şayiələr yayıldığından klubdan göndərildiyini etiraf edib.
Haqqında "Deyvid Moyesin qızı ilə birlikdə olur" iddialarının ortaya atıldığını bildirən Zaa "Klub mənə heç bir çıxış yolu göstərmədi. Bu vəziyyətdən necə çıxacağımı bilmirdim. Mən də dedi-qoduları sosial media vasitəsi ilə təkzib etmək yolunu seçdim. Daha sonra bu addımıma görə klub rəhbərliyi tərəfindən tənbeh olundum. Bu səbəbdən məni komandadan uzaqlaşdırdılar" deyib.
Lauren Moyes
Zaha David Moyesin bu məsələl ilə bağlı onunla heç nə danışmadığını bildirib: "Hələ də bu dedi-qoduya inanan insanlar var. Amma mən David Moyesin qızı ilə heç vaxt tanış olmamışam".
Fanat.Az