"Real"ın satışa çıxardığı kolumbiyalı ulduz Xames Rodriges top-model Şennon de Lima ilə yaşayır.
2017-ci ildə azyaşlı qızı Salomenin anası Daniela Ospinadan ayrılan yarımmüdafiəçi uzun müddətdi sevgili olduğu cazibədar qadınla evlənməyə hazırlaşmır. Daha dəqiqi, kolumbiyalıdan əvvəl 2 il Mark Entoni ilə də nikahda yaşayan Şennon uğursuz təcrübəni təkrarlamaq istəmir.