"Spice Girls"in sabiq üzvü və moda dizayneri Viktoriya Bekhem həyat yoldaşı, veteran futbolçu Devid Bekhemlə bağlı maraqlı etiraf edib.
Fanat.Az xəbər verir ki, Viktoriya sabihi olduğu kosmetika məhsullarını ərinin üzərində sınaqdan keçirdiyini bildirib. O, sınaq üçün Devidin "mükəmməl insan" olduğunu deyib.
Ərininin ona məxsus makiaj məhsullarını çox sevdiyini və istifadə etdiyini bildirən Viktoriya "Devid mənim ən yaxşı modelimdi. Bir az əvvəl dəriyə qulluq kreminin bitdiyi barədə mesaj yazdı. Onun bu kremdən çox xoşu gəlir. Evə gedəndə bir az aparacam" deyib.
Fanat.Az